“Fitch" beynəlxalq reytinq agenttliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər səviyyədə - “BB+" olmaqla təsdiqləyib.

Reytinq üzrə proqnoz "Müsbət"dir.

"Fitch" qərarında Fondun dövlətə məxsus olmasını, yaradıldığı gündən onun fəaliyyətinə ciddi nəzarət edilməsini və davamlı dəstəklənməsini, ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olmasını nəzərə alıb. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.

"Fond dövlətin dəstəyindən faydalanmağa davam edir. Sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən hər il i(2021-2022-ci illərdə) 166 milyon manat vəsait alıb. Mərkəzi Bankın fondun istiqrazlarının geri alınması zəmanətin verilməsi digər dəstək formasıdır. Bu, Mərkəzi Bankın sorğu əsasında fondun istiqrazlarını qiymətli kağız sahiblərindən geri almaq öhdəliyini nəzərdə tutur.

İKZF-nın tədavüldə olan istiqrazlarının 30 %-dən çoxu Mərkəzi Bankın əlindədir. Fond ölkədə gəlir vergisindən azad olan dörd təşkilatdan biridir.

Dövlət fondun istiqrazlarının və onun məhsullarının xüsusi risk qrupları üzrə təsnifatı vasitəsilə dolayı dəstək göstərir və onları banklar üçün daha cəlbedici edir", - agentliyin məlumatında deyilir.

"Fitch" tənzimləyici və siyasi təsirin ən azı ortamüddətli perspektivdə quruma güclü dəstək göstərəcəyini gözləyir.

Dövlət büdcəsindən 2023-cü ildə fonda 100 milyon manat maliyyələşdirmənin ayrılması planlaşdırılır. Bu vəsaitlərin böyük hissəsi sosial ipotekanın maliyyələşdirilməsi üçün nəzərdə tutulub, eyni zamanda bura KOB-lara kreditlərin subsidiyalaşdırılması üçün maliyyə vəsaiti də daxildir.

.