“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə maliyyə göstəriciləri ilə bağlı proqnozunu açıqlayıb.

Yenizaman reytinq agentliyinə istinadən xəbər verir ki, SOCAR-ın 2025-ci ildə ümumi gəlirinin 45,9 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırıb. Bu isə 2024-cü ilə nisbətən 9,3% azdır. Belə ki, 2024-cü il üzrə şirkətin ümumi gəlirləri 50,6 milyard dollar qiymətləndirilib.

Şirkətin əməliyyat mənfəəti (EBİTDA-çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 3,32 milyard dollar proqnozlaşdırılıb ki, bu da ötən ilə nisbətən 6,2% azdır. 2024-cü il üzrə SOCAR-ın əməliyyat mənfəəti 3,54 milyard dollar qiymətləndirilib.

"Fitch" həmçinin qeyd edib ki, 2023-cü ilin oktyabr ayında SOCAR-ın Fərdi Kredit Profili (SCP) ‘b+’-dan ‘bb-’ səviyyəsinə yüksəldilib və şirkətin reytinqində hələlik dəyişiklik edilməyib.

.