“Facebook” şirkətinin adında dəyişiklik edilib.

“TASS” agentliyinin xəbərinə görə, bu barədə şirkətin rəhbəri Mark Zükerberq onlayn təqdimat zamanı bildirib. Zükerberq deyib ki, rəhbərlik etdiyi şirkət bundan sonra “Meta” adlanacaq.

Hələlik bütün tətbiqlər, o cümlədən Instagram və WhatsApp”da heç bir dəyişiklik olmayacaq. Yeni ad yunan mənşəli olub “sonra” mənasını verir.

Artıq şirkətin saytında addəyişmə iə bağlı məlumat verilib. Yaxın günlərdə loqotiplər də yeni ada uyğunlaşdırılacaq.

.