"Euronews"un Bakıda ofisinin açılması Azərbaycanla əməkdaşlıq sayəsində mümkün olub.

Bunu "Euronews"un Direktorlar Şurasının sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.

"Mənim üçün bu gün "Euronews"un Bakı ofisinin açılışında iştirak etmək böyük şərəf və qürurdur. "Euronews" – 20 dildə yayımlanan aparıcı Avropa xəbər kanalıdır. Hər ay bizi 145 milyondan çox insan izləyir. Bizim burada mövcudluğumuz məhz Azərbaycanla birgə apardığımız işin nəticəsində mümkün olub", – telekanalın rəhbəri bildirib.

Pedro Vargas David "Euronews"un müstəqil və neytral media kimi unikal rolunu qeyd edib: "Biz faktlara əsaslanırıq, balansı qoruyuruq və həqiqəti göstərməyə çalışırıq. Mediada getdikcə daha çox tərəf tutulduğu və ictimai debatların qütbləşdiyi dünyada neytrallıq keyfiyyətli jurnalistikanın açarıdır".

O əlavə edib ki, kanal hər zaman sülhün səsi olmağa çalışıb: "Çoxları münaqişələri alovlandırmağa üstünlük verdiyi zaman biz dialoqu dəstəkləyir və sülh təşəbbüslərini işıqlandırırdıq – o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşlərini və bəyanatlarını".

Direktorlar Şurasının sədrinin sözlərinə görə, Bakıda ofisin açılması kanal üçün mühüm mərhələdir, "Euronews"un regiondakı mövqelərinin gücləndirilməsinin rəmzidir, hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması sahəsində Azərbaycanla əməkdaşlığın davamıdır.

Azərbaycanla bağlı balanslı mövqeyimizə görə təzyiqlərə məruz qalırdıq.

Bunu “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.

“Mənim Azərbaycana ilk səfərimdən 10 ildən çox vaxt keçib. Bu illər ərzində Azərbaycanın nə qədər dəyişdiyini müşahidə etdim. Onu da qeyd edim ki, bizim Azərbaycana qarşı balanslı möbqeyimiz qəbul edilmirdi. Baş ofisimizin qapısında etirazlar keçirilirdi. Jurnalistlərimizə e-mail hücumları edilirdi. Xəbərlərdə məkan olaraq “Şuşa, Azərbaycan” yazılanda bizə saysız hesabsız e-maillər gəlirdi. Bizdən Şuşanı niyə Azərbaycanın tərkibində olan bir ərazi kimi təsvir etdiyimizi soruşurdular. Biz də onlara beynəlxalq hüququn bu ərazini Azərbaycan torpağı kimi tanıdığını deyirdik. Hətta ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi vurulanda belə, “Reuters“ qəzanın baş vermə səbəblərinin Rusiyaya sərf edən versiyasını təbliğ edirdi. Biz isə bunu heç vaxt etməmişik”, - Pedro Vargas David qeyd edib.

.