![](/uploads/img/posts/2023/07/28/23jpg-1690539555.jpg)
Hollivudda aktyorların və ssenaristlərin tətili səbəbindən “Emmy” mükafatının verilməsi mərasimi təxirə salınıb.
Bu barədə “The Variety” nəşri məlumat yayıb.
Qeyd olunub ki, mükafatlandırma mərasimi sentyabrın 18-nə planlaşdırılsa da, sözügedən tətilə görə, təxirə salınıb. Mərasimin yeni tarixi hələ məlum deyil, lakin hesab olunur ki, mükafatlandırma mərasimi 2024-cü ilin əvvəlində baş tuta bilər.
.