“Çelsi”nin ulduzu Koul Palmer “Qarabağ”a qarşı Çempionlar Liqasının Liqa mərhələsini 4-cü turunda keçiriləcək matçda iştirak edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib. 

O bildirib ki, zədələnən K.Palmer 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, “Çelsi” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağıdır. Komandalar arasındakı oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

.