ABŞ-də Respublikaçıların prezidentliyə namizədi Donald Tramp Rusiya ilə müharibə istəmədiyini açıqlayıb.
O bu barədə ötən gün Las-Veqasda çıxışı zamanı deyib.
Tramp rəqibi Kamala Harrisi məcburi hərbi xidməti geri qaytarmaq və amerikalı gəncləri müharibəyə göndərməyi istəməkdə ittiham edib: “Kamala Harrisə səs verməklə Rusiya ilə müharibəyə səs vermiş olursunuz. Lazım gələrsə, bunu edəcəyik. Amma daha yaxşı olardı ki, bunun baş verməsinə imkan verməyək”.
Qeyd edək ki, Trampla Harris arasında ilk debat sentyabrın 11-i baş tutub.
.