“Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır”.

Yenizaman Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir vaxtlar terrorçuların “at oynatdığı” yerlərdə artıq hüzur var: “İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq”.

O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir: “Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Sağlamlıq, müdafiə sənayesi, qida sənayesi, tekstil, tikinti kimi turizmdə də dünya brendinə çevrilənə qədər dayanmayacağıq”.

.