“Bitcoin” kriptovalyutasının qiyməti tarixi maksimumunu yeniləyib və 97 min dolları ötüb.

Bu barədə məlumat “Binance” kriptovalyuta birjasında yer alıb. 

Səhər saatlarına olan məlumata görə, “Bitcoin”in qiyməti 5.78 faiz artıb və 97 476 dollara çatıb.

Ekspertlərin fikrincə, kriptovalyutanın qiymətinin artması bir neçə amillə izah edilir.

Burada əsas olaraq vacib rolu ABŞ-nin seçilən Prezidenti Donald Trampın ölkənin qlobal kriptovalyuta habına çevrilməsi, eləcə də “Bitcoin”dən rezervlərin yaradılması barədə vədləri oynayır.

Belə ki, Trampın noyabrın 5-də baş tutan prezident seçkilərində qələbə qazanması elan olunduqdan sonra kriptovalyutanın dəyərində 40 faiz artım müşahidə edilib. 

***

“Bitcoin”in qiyməti gün ərzində növbəti dəfə tarixi maksimumunu yeniləyərək 98 min dolları ötüb. 

Kriptovalyutanın qiyməti 5,23 faiz artıb və 98,021 dollara qədər artıb.

.