“Barselona”dan ayrılan müdafiəçi Samuel Umtiti yeddi mövsümlük fasilədən sonra Liqa 1-ə qayıdır.
Məlumata görə, kataloniyalılarla müqaviləni pozmaq üçün anlaşan müdafiəçi “Lill” klubu ilə müqavilə imzalayacaq.
29 yaşlı futbolçu artıq Fransaya gəlib və bu gün tibbi müayinədən keçib.
Qeyd edək ki, Umtiti “Barselona”da oynadığı vaxtda klubdan Messinin məvacibi qədər maaş istəmişdi. Bu tələbdən sonra oyunçu ilə klub arasında münasibətlər gərginləşmişdi.
Mənbə: Sports.ru
.