“Barselona” maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün La Liqa tərəfindən 800 min avro cərimələnib.

Son illərdə komanda maliyyə çətinlikləri yaşayıb və büdcələrini tarazlaşdırmaq üçün oyunçulardan məvaciblərini azaltmağı xahiş edib.

Həmçinin, klub teleyayım hüquqlarının bir hissəsinin satışını da həyata keçirib.

Bununla belə, kataloniyalılar İspaniya liqasının qaydalarını pozmaqda təqsirli biliniblər.

İddiaya görə, Dani Alveş və Andreas Kristenseni heyətə qatmaq, Ronald Arauxo ilə müqaviləni uzatmaqla “Barsa” maliyyə feyr-pleyi qaydalarını pozub. Belə ki, bu əməliyyatlar üçün klub “müxtəlif vasitələrdən” istifadə edib.

Təbii ki, “Barselona” bütün ittihamları rədd edərək apellyasiya şikayəti verib. Belə görünür ki, katalonlarla La Liqa arasında daha bir uzun hüquqi mübarizə gözlənilir.

.