“Barselona” Arda Gülər ​​ilə anlaşıb.

Kataloniyalılar “Fənərbağça”ya iki dəfəyə təxminən 20-25 milyon avro ödəyəcək.

Futbolçunun müqaviləsində üç vacib müddəa olacaq:

“Barsa” 18 yaşlı futbolçunun ən azı 20 əsas komanda matçında heyətdə olacağına zəmanət verir;

2023/24 mövsümünün sonuna kimi Arda “Fənərbağça”da qalacaq;

Kataloniyalılar ona qarşıdakı mövsüm üçün tam məvacib verəcəklər.

Deku artıq Türkiyəyə səfər edib və orada gənc futbolçunun təmsilçilərilə danışıqlar aparır. “Barsa” tərəfi gələn həftə müqaviləni bağlamağa ümid edir.

Qeyd edək ki, ötən mövsüm türkiyəli yarımmüdafiəçi “Fənərbağça”nın heyətində bütün yarışlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

.