İki gün öncə “Mançester Siti” ilə Çempionlar Liqası finalına çıxan Serxio Aquero artıq rəsmən “Barselona”nın üzvüdür.
Bu barədə katalon klubunun “Twitter” səhifəsindən məlumat yayılıb.
Bununla da, argentinalının karyerasını La Liqada davam etdirəcəyi rəsmən öz təsdiqini tapıb.
Hücumçu ilə iki illik müqavilə imzalandığı bildirilib.
.