Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.

Bu barədə  qurumdan məlumat verilib.

Bildirilir ki, hazırda CağazurQorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda ŞəlvəQaragölZağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

 

.