“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.
Yenizaman-ın “Azərişığ”a istinadən verdiyi məlumata görə, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisu ərazisində 110/35 kV-luq yarımstansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir.
Qeyd edilən kəndlərdə yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki qospitalda, həmçinin Cermux, Yellicə, Zəylik, İstisu, Zod, Zar, Yanşaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb.
.