İngiltərə Premyer Liqasında çıxış edən “Aston Villa” klubu 41 ildən sonra qitənin ən nəhəng turniri sayılan UEFA Çempionlar Liqasında çıxış edəcək.

“Aston Villa” sonuncu dəfə 1982-ci ildə Avropa Liqasının çempionu olub və 1983-cü ildə Çempionlar Liqasında oynayıb. Həmin vaxt turnirdə qrup mərhələsini adlayan komanda 1/4 finalda İtaliyanın “Yuventus” klubuna məğlub olaraq mübarizəni dayandırıb.

Maraqlıdır ki, “Aston Villa” klubu 2021/2022 mövsümündə uğursuzluqlar yaşadığı üçün autsayderlər siyahısından son anda çıxmağı bacarmışdı. İngiltərə klubu 2011-ci ildən bu yana ilk dəfə Konfrans Liqasına vəsiqə əldə edib.

Qeyd edək ki, “Aston Villa” UEFA Konfrans Liqasının yarımfinal mərhələsində “Olimpiakos”a məğlub olaraq turnirlə vidalaşmalı olub.

.