
Türkiyənin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinə nüvə enerjisi olmadan nail olmaq qeyri-mümkündür. 4 800 MVt gücündə “Akkuyu” Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının nəticələrinə dair brifinqdə deyib.
Dövlət başçısı bildirib ki, hazırda dünyada 31 ölkədə 416 nüvə reaktoru fəaliyyət göstərir, 15 ölkədə isə, o cümlədən Türkiyədə, 62 yeni reaktorun inşası davam edir.
Ərdoğanın sözlərinə görə, Mersin vilayətində inşa olunan “Akkuyu” AES hər il 35 milyon ton zərərli tullantının havaya atılmasının qarşısını alacaq. Stansiyanın fəaliyyətinin Türkiyə iqtisadiyyatına töhfəsi isə 50 milyard dollara qədər yüksələcək.
.