Qazaxıstanın “Air Astana” şirkəti martın 3-dən Azərbaycana uçuşları bərpa edəcək.
"Report" "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüşdə aviaşirkətin Azərbaycan üzrə yeni rəsmi nümayəndəsi Timur Salimov bildirib.
O, "Air Astana"nın Azərbaycan bazarına xüsusi önəm verdiyini, qarşılıqlı iş birliyinin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

.