Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin bu ölkədəki səfiri Tanju Bilgiçlə görüşüb.

Yenizaman RİA “Novosti”yə istinadən xəbərinə görə, tərəflər Qara dəniz regionundakı vəziyyəti, eləcə də hər iki ölkənin bölgədə təhlükəsizliklə bağlı həyata keçirdiyi bir sıra prosedurları müzakirə ediblər.

Görüşdə həmçinin gəmilərin Qara dəniz akvatoriyasından təhlükəsiz keçidi məsələsi də diqqət mərkəzində olub.

.