Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyi verdiyi xəbərə görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı S. Lavrov və E. Blinken İranın nüvə proqramının nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpası perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, S. Lavrov bu gün Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşəcək.
 

.