Suriyada vəziyyət ABŞ prezidenti Donald Trampla Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov arasındakı görüşdə əsas mövzu olacaq.
Bu haqda "Assoşieyted Press” agentliyi mənbələrə istinadən bildirib.
"Lavrov Amerika paytaxtına Suriyada zorakılığın dayandırılması üzrə Rusiya planının qəbul edilməsindən sonra gedir. Suriyada dörd təhlükəsizlik zonasının yaradılması haqqında razılaşma ötən həftə Rusiya, İran və Türkiyə arasında əldə olunub”, - xəbərdə deyilir.
Qeyd edilir ki, danışıqlarda əsas diqqət Suriyada 4 təhlükəsizlik zonasının yaradılması olacaq. Bildirilir ki, Tramp administrasiyası, xüsusi halda müdafiə naziri Ceyms Mettislə mövqeləri uyğunlaşdırmaq əhəmiyyətlididir. Vaşinqtonda hesab edirlər ki, təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin İŞİD-ə qarşı mübarizə apardığı əraziləri əhatə etməməlidir.
