"Bu gün səhər saatlarında həmkarım - Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Prezident İlham Əliyevlə hərtərəfli müzakirələr həyata keçirib”.
Yenizaman xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Niderland XİN rəhbəri ilə ikitərəfli münasibətlərin aspektləri, gələcək fəaliyyət istiqamətlərində faydalı müzakirələr həyata keçirib: “Son illər Azərbaycan-Niderland dialoqu kifayət qədər inkişaf edir. Ölkələrimiz arasında ali təmaslar baş tutur. Ötən ilin dekabr ayında təmaslarımız, o cümlədən telefon danışıqlarımız da olub. Bu ilin iyun ayında iki ölkə arasında siyasi məsləhətləşmələr həyata keçirilib. Gələn il Azərbaycan-Niderland diplomatik münasibətlərinin qurulmasının 35 illiyi qeyd olunacaq. İki ölkə arasında bütün əməkdaşlığı əhatə edən Yol Xəritəsinin hazırlanması və bu gün qəbul edilməsini önəmli irəliləyiş kimi qəbul edirik”.
.
