Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Rusiya XİN-i xəbər verir ki, nazirlər ikitərəfli, regional və qlobal gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

Lavrov İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyişin Moskvada yüksək qiymətləndirilildiyini söyləyib.

.