Biz bir-birimizi nəinki dinlədik, həmçinin eşitdik.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar çox faydalı keçib.

Rusiya XİN başçısı danışıqlarda ABŞ tərəfi ilə əldə olunan razılaşmalardan danışıb.

Bildirib ki, əldə olunan razılaşmaya görə, Rusiya və ABŞ səfirlərinin mümkün qədər tez təyinatını təmin edəcək: "Rusiya və ABŞ Baydenin hakimiyyəti dövründə diplomatik missiyaların işinə tətbiq olunan maneələri aradan qaldıracaq. Biz razılaşdıq ki, yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq, ABŞ Vaşinqtonu kimin təmsil edəcəyini açıqlayacaq, onun kim olacağını bilən kimi dərhal prosesdə öz iştirakçımızı təyin edəcəyik".

Lavrov vurğulayıb ki, Amerika tərəfinin Rusiyanın mövqeyini daha yaxşı dinləməyə başladığını düşünməyə əsas var: "Rusiya və ABŞ razılığa gəliblər ki, maraqları üst-üstə düşməyəndə münaqişəyə səbəb olmamalı, problemləri həll etməlidirlər. Paralel olaraq, əməkdaşlığımızın tam şəkildə bərpası və geniş spektrdə genişlənməsi üçün şərait yaradacağıq".

Rusiya XİN başçısı: Vaşinqton Ukrayna ilə bağlı danışıqlar üçün hələlik öz nümayəndəsini təyin etməyib

Ukrayna nizamlanması üzrə Rusiya-Amerika danışıqları yaxın vaxtlarda başlayacaq.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Vaşinqton hələlik bu danışıqlar üçün öz nümayəndəsini təyin etməyib.

Lavrov ABŞ-nin Ukraynada nizamlanma üçün heç bir “üç addımlı planı” görmədiyini də söyləyib.

Onun sözlərinə görə, Amerikanın Ər-Riyaddakı nümayəndə heyəti Trampın xüsusi elçisi Kit Kelloqun Polşaya təqdim etdiyi iddia edilən Ukraynada nizamlanma üçün müəyyən planı feyk adlandırıb.

Lavrov qeyd edib ki, ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib.

"Rusiyanın məqsədi Ukraynanın enerji sisteminə zərər vurmaq deyil. Rusiya ABŞ-nin "irəli getmək" əzmini hiss edib və Moskva da eyni düşüncədədir", - deyə Rusiya XİN başçısı vurğulayıb.

.