Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəmiz Bakıda səfərdə olub, ancaq rəsmi İrəvan hələ də onun səfərini təsdiqləməyib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
S.Lavrov bildirib ki, Rusiya iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası məsələlərinin həllinə kömək etməyə hazırdır: "Biz bununla bağlı xüsusi nümayəndə təyin etmişik və o, Bakıda səfərdə olub. Amma rəsmi İrəvan hələ də onun Ermənistana səfərini təsdiq etməyib. Bu da öz növbəsində Ermənistan hakimiyyətinin Rusiyaya olan münasibətini göstərir”.
.