Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliyi bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması,istiqamətində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”,-deyə məlumatda bildirilib.
 

.