Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın telefon danışığı olub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, iki ölkə sərhədlərinin delimitasiyasını, həmçinin, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması barədə razılaşmaları müzakirə edib.

.