Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər.
Iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Suriya münaqişəsi, Donbas və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
