Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-ya qəbulunun Avropa da daxil olmaqla genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyindən narahatlığını bildirib.

Nazir bunu Bosniya-Hersoqoviniyanın “Oslobodjene” qəzetinə müsahibəsində deyib .

“Sərhədlərimiz yaxınlığında hücum raket sistemlərinin peyda olması perspektivi ilə Kiyevin NATO-ya cəlb edilməsi kursu Rusiyanın təhlükəsizliyi üçün görünməz təhdidlər yaradır, Avropada genişmiqyaslı münaqişəyə qədər bütün iştirakçı tərəflər üçün ciddi hərbi risklər doğurur” - Rusiya XİN başçısı bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın Rusiyanın NATO ilə bağlı təklifləri ilə razı olmadıqlarını qeyd edib.

Digər məsələlərlə yanaşı, məsələ  həm də ondan ibarətdir ki, ABŞ keçmiş SSRİ ölkələrinin ərazilərində hərbi bazalar yaratmamalıdır.

.