"Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasından sonra Türkiyə nə etməli olduğunu özü başa düşməlidir”.
Yenizaman.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Serqey Lavrov kiprli həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.
"Türkiyəli həmkarlarımız nə etməli olduqlarını özləri anlamalıdırlar. Düşünürəm ki, hamı yaranmış vəziyyəti və belə hallarda nə etmək lazım olduğunu yaxşı anlayır”, - deyə S. Lavrov əlavə edib.
Rusiya XİN başçısı həmçinin Su-24 qırıcısının vurulmasının arxasında Suriya ilə bağlı danışıqların pozulması cəhdinin olmasını istisna etməyib.
Qeyd edək ki, bir müddət öncə S. Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 3-4 tarixlərində Belqradda baş tutacaq toplantısında türkiyəli həmkarı ilə görüşə biləcəyini bildirib.
.