Son 30 ildə postsovet məkanında, xüsusən də Rusiyaya əmək miqrantlarının böyük hissəsinin gəldiyi Mərkəzi Asiya regionunda rus dilinin mövqeyi zəifləyir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov milli mədəni birliklərin nümayəndələri ilə görüşü zamanı bildirib.

“Təəssüf ki, son 30 ildə rus dili öz mövqeyini çox tez itirməyə başlayıb”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov qeyd edib ki, son dövrlərdə suverenlik qazanan və öz mədəniyyətini qorumaq istəyən ölkələr üçün tamamilə təbii olan milli dilin təbliğinə önəm verilib, eyni zamanda, bir sıra hallarda isə rus dili birdən-birə mövqeyini itirib.
 

.