Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftəsonu Şimali Koreyaya səfər edəcək.

Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Lavrovun səfəri 11-13 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyaya səfər etmişdi.

.