“Rusiya Avropa İttifaqı ilə əlaqələri kəsməyə hazırdır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Əgər bir daha görsək ki, hansısa sahələrdə, o cümlədən ən həssas sferalarda, iqtisadiyyatımız üçün risklər yaradan sanksiyalar tətbiq olunur... Biz dünyadan təcrid olunmaq istəmirik, lakin buna hazır olmaq lazımdır. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”, - deyə Rusiya XİN başçısı “Solovyov.Live” youtube kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın Avropadan ayrılmaq və Qərbi bölmək istədiyinə inandığını deyib. Bəzi mənbələrin məlumatına görə, Aİ Fransa və Almaniyanın dəstəyindən sonra Rusiya Prezidenti Vladimir Putinin ətrafına səyahət qadağaları və aktivlərin dondurulması sanksiyalarının tətbiqini planlaşdırır.

.