Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada təmas xətti boyunca hərbi əməliyyatlar dayandırılmayacaq: "Bizim Rusiya Federasiyasının konstitusiyasında qeyd olunan ərazilərimiz var".

Lavrov qeyd edib ki, Rusiya Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi variantını nəzərdən keçirmir və bu barədə heç kim Moskvadan soruşmayıb: "Rusiya hesab edir ki, Ukraynaya yenidən silah verilməsini nəzərdə tutan razılaşmalarla getmək olmaz. Avropa açıq şəkildə Ukraynadakı münaqişənin nizsmlanmasını pozmağa çalışır. Biz gözləyirik ki, Avropa Rusiyanın danışıqlara mane olması barədə yalan danışmağı dayandırsın. Qoşun yerləşdirilməsi kimi sadə mexaniki şeylər işləməyəcək".

Onun sözlərinə görə, danışıqlarda hər iki ölkənin diplomatik nümayəndəliklərinin işi ilə bağlı məsələlər müzakirə olunacaq.

Lavrov qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.

.