Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir və bunun qarşısını almaq üçün hər şeyi edir.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
"ABŞ ilə nüvə xarakterli ola biləcək müharibə barədə düşünmürük. Hərbi doktrinamız deyir ki, ən başlıcası nüvə müharibəsindən qaçmaqdır”, - Lavrov deyib. “Xatırladım ki, 2022-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün liderlərinin bir-birimizin təhlükəsizlik maraqlarını və qorxularını tanıyaraq hörmət edərək aramızda qarşıdurmanın qarşısını almaq üçün hər şeyi edəcəyimizi bildirən birgə bəyanatının təşəbbüskarı olmuşuq. Bu, bizim təşəbbüsümüz idi".
Lavrovun sözlərinə görə, Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istəyir və ölkələrin əməkdaşlıq edə bilməmələri üçün heç bir səbəb görmür. "Mən belə deməzdim. Hər halda, istədiyimiz bu deyil. Əlbəttə, biz bütün qonşularımızla normal münasibət qurmaq istərdik. Ümumiyyətlə, bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük bir ölkə ilə", - XİN rəhbəri Rusiya və ABŞ-nin müharibə vəziyyətində olub-olmadığı sualına cavabında deyib.
.