Rusiya Ukraynanın təhlükəsizliyinin zəmanətçisi kimi təklif etdiyi ölkələrə qarşı deyil.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Danışıqlar formatında ilk təmaslar zamanı ukraynalılar bu zəmanətlərin bütöv bir qrup xarici dövlət tərəfindən verilməsinin tərəfdarı kimi çıxış ediblər. Kağız üzərində bu ölkələri sadalamasalar da, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini, Türkiyə və Almaniyanı qeyd ediblər. Biz bunun əleyhinə deyilik. Əsas odur ki, bu zəmanətlərin mahiyyəti nədən ibarət olacaq və bu təminatlar Ukrayna üçün məqbul olub, başqa heç kimə təhlükə yaratmasın”, -deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov: “Rusiya-Ukrayna danışıqları ləng gedir”

Rusiya-Ukrayna danışıqları ləng gedir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin bəyanatları belə bir fikir yaradır ki, Kiyev hakimiyyəti Rusiya Federasiyası ilə danışıqlara ehtiyac duymur və onlar öz taleyinə boyun əyiblər.

Lavrov həmçinin bildirib ki, Kiyev Rusiyanın ona təqdim etdiyi təkliflərə cavab verməmək qərarına gəldikdən sonra Ukrayna ilə danışıqlar dayanıb:

"Zelenski Rusiya Federasiyası ilə danışıqları və Azovstaldakı hərbçilərin vəziyyətini əlaqələndirərək, söhbətin nədən getdiyini başa düşmür".

Lavrovun sözlərinə görə, Rusiya Ukraynadan da daxil olmaqla heç bir ultimatumlara dözməyəcək.

.