
Ukraynaya ABŞ-nin "Tomahawk" raketlərinin tədarükü barədə qərar hələ qəbul edilməyib.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, belə bəyanatlar ilk növbədə Avropanın ABŞ-yə təzyiqinin nəticəsidir: "Vaşinqton göstərmək istəyir ki, o, müttəfiqlərinin fikrini nəzərə alır".
S.Lavrov əlavə edib ki, əgər "Tomahawk" raketləri Ukraynaya çatsa belə, bu, cəbhədəki vəziyyəti dəyişdirməyəcək.
.