Rusiyaya ziyan vurmaq və tükəndirmək ümidi ilə Kiyevin Moskva ilə danışıqlarını uzatmaq istəyirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Müxtəlif kanallar vasitəsilə bizdə məlumat var ki, Ukrayna tərəfdən danışıqlar aparanlara rəhbərlik Vaşinqton və London tərəfindən edilir və onların manevr etmək azadlığı tənzimlənir. Onlar münaqişəni uzatmaq istəyirlər, bununla da Rusiyaya bir o qədər çox ziyan vuracaqlarını düşünürlər”, -deyə Rusiya XİN başçısı “Bilik“ cəmiyyətinin “Yeni Üfüqlər” marafonunda çıxışı zamanı bildirib.

Lavrov əlavə edib ki, danışıqların Vaşinqton və ya London səviyyəsinə keçirilməsinin nəyisə dəyişəcəyinə ümid yoxdur.

Lavrov: “Qərb Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil”

Moskvanın əlində Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olmadığına dair məlumatlar var.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bizdə olan məlumata görə, onlar (Kiyev rejimi-red) Qərbdən Ukraynanın təhlükəsizlik zəmanətlərini imzalamağa hazır olduğuna dair zəmanət almayıblar”, - Rusiya XİN başçısı vurğulayıb.

.