Rusiya danışıqların növbəti raundu ilə bağlı Ukraynadan cavab gözləyir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının perspektivləri barədə danışan Lavrov vurğulayıb ki, danışıqların Rusiyadan olan iştirakçıları Ukrayna tərəfindən reaksiya gözləyir: "Rusiya danışıqların növbəti raundunun müddətini hələ almayıb".

.