Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya tərəfi də yer aldığı üçün G20 nazirlərinin ümumi fotoçəkilişində iştirak etmək istəməməsinə münasibət bildirib.

Lavrov Blinkeni onunla şəkil çəkdirməyə dəvət etmədiyini bildirib.

"Mənimlə görüşlər, mənimlə şəkil çəkdirməyəcəkləri ilə bağlı bəyanatlara gəlincə, mən heç kimi şəkil çəkdirməyə dəvət etməmişəm. Mən heç kimi heç yerə dəvət etməmişəm. Məni İndoneziya dəvət edib", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, 20 xarici işlər nazirləri bu gün İndoneziyanın Bali adasında görüşür. G20 toplantısının iştirakçılarının şəklini çəkmək üçün mərasim keçirilməyib. Medianın məlumatına görə, bu, əsasən Lavrovla eyni tədbirdə iştirak etmək istəməyən ABŞ dövlət katibi Entoni Blinkenin mövqeyi ilə əlaqədar olub.

.