“Qərb İranın nüvə proqramı ilə bağlı faktları təhrif edir, lakin buna baxmayaraq razılaşmanı bərpa etmək üçün yaxşı şans var”

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2015-ci ildə İran və 5+1 arasında imzalanmış nüvə sazişinin bərpası məqsədilə Vyanada keçirilən hazırkı danışıqlarda vəziyyətin ciddiliyini şişirtməmək barədə xəbərdarlıq edib.

Lavrov, İranın nüvə işi ilə bağlı "Qərb tərəfdaşlarının faktları təhrif etmək cəhdindən" təəssüfləndiyini bildirib. Rusiya XİN rəhbəri əlavə edib ki, 2018-ci ildə ABŞ-da Donald Tramp administrasiyası nüvə saizşindən çıxmasına baxmayaraq indi İranı nüvə danışıqlarının uğursuz alınmasında təqsirləndirir.

Nazir, İranın, ABŞ-ın “Birgə Hərtərəfli Fəaliyyət Planı”ndan çıxmasından bir ildən artıqdır ki, nüvə sazişi çərçivəsindən kənar bir addım atmadığına diqqət çəkib. Lavrov əlavə edib ki, “İranın sonra atdığı addımlar da könüllü öhdəsinə götürdüyü addımlardan imtina etməsi hesab edilir.”

Lavrov qeyd edib ki, Qərb dövlətləri ötən ilin iyununda İranda keçirilən prezident seçkiləri ilə əlaqədar nüvə danışıqlarının dayandırılmasından sonra “ tələskənlik və səbirsizlik” nümayiş etdiriblər.

.