Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbdə Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazir prezidentin səhhətinə şübhə edənlərə onun qəbul etdiyi xarici qonaqlara müraciət etməyi tövsiyə edib.


“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, təhlükənin nə olduğunu başa düşəcəksiniz", - deyə Lavrov bildirib.

Qeyd edək ki, Qərbdə prezident Putinin səhhətindəki vəziyyətlə bağlı çoxlu fərziyyələr var.

Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.

 TASS xəbər verir ki, bunu İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.

Lavrov Zelenskinin yəhudi mənşəli olmasına münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini Adolf Hitlerlə müqayisə edib.

Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasına münasibət bildirib.

Lavrov “Hitlerin də yəhudi qanı olub” açıqlamasını verib.

Rusiyalı nazir qeyd edib ki, Zelenski əsgərlərinə əmri verməyi dayandırarsa, Rusiya və Ukrayna arasında sülhə kömək edə bilər.

.