Türkiyəli həmkarımla Putin və Zelenskinin görüşünün mümkünlüyünü müzakirə etməmişik.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bu görüşün təşkilinə heç bir maneə yoxdur. Biz görüş naminə görüşün keçirilməsini istəmirik. Rusiya Ukrayna tərəfi ilə yalnız problemlərin həllində konkret nəticələrə gətirib çıxaracaq görüşlər üzrə danışıqlar aparacaq”, -Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu da bildirib ki, Moskva Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirləri arasında üçtərəfli formatda ünsiyyəti davam etdirməyə hazırdır.

.