
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüşlər həmişə Rusiya-Çin münasibətlərinə xüsusi təkan verir və bu münasibətlər artıq misli görünməmiş səviyyəyə yüksəlib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə danışıqları açarkən bildirib.
"Putin və Cinpinin görüşləri ikitərəfli münasibətlərimizin inkişafına həmişə güclü təkan verir. İki liderin sayəsində bu münasibətlər misli görünməmiş səviyyəyə çatıb və bütün istiqamətlərdə dinamik şəkildə inkişaf etməyə davam edir", - o qeyd edib.
.