Rusiya Ermənistanın sülhməramlıların fəaliyyəti ilə bağlı konkret təklifini görməyib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Biz Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlı kontingentin Qarabağdakı fəaliyyəti ilə bağlı daxil etmək istədiyi konkret təklifləri görməmişik”, - o deyib.

O, Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququnun olduğunu da əlavə edib.

.