NATO Baş katibi Yens Stoltenberqin vəzifəsindən getməsinin vaxtı çatıb. Çünki o, öz vəzifələrini yerinə yetirə bilmir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Avropa, Avro-Atlantik təhlükəsizliyinin əsasını siyasi öhdəliklər kimi ən yüksək səviyyədə razılaşdırılmış və imzalanmış bir sıra prinsiplər təşkil edir. Avro-Atlantik məkanın heç bir dövləti, ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrovun sözlərinə görə, əgər Stoltenberq NATO üzvlərinin ən yüksək səviyyədə qəbul edilmiş sənədlərdə əksini tapmış bu prinsipi saymamaq hüququna malik olduğuna inanırsa, yəqin ki, onun başqa işə getməsinin vaxtı çatıb, çünki o, vəzifələrinin öhdəsindən gələ bilmir: “Stoltenberq yüksək səslə və daha doğrusu təkəbbürlə, bəyan edir ki, heç kimin Vaşinqton müqaviləsinin prinsipini pozmağa haqqı yoxdur, ona görə də qapılar NATO-ya üzv olmaq istəyən istənilən potensial aspirant üçün açıqdır”.

Lavrov Stoltenberqin Norveç Mərkəzi Bankında işə keçmək üzrə olduğu ilə bağlı şayiələrin yayıldığını da bildirib.
 

.