Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bəzi detalları açıqlanıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov Belarus paytaxtı Minskdə keçirilən Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında Moskva ilə Tehran arasında yaxın vaxtlarda hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağını söyləyib.
O, sazişin hansı sahələri əhatə edəcəyini açıqlayıb.
Lavrov Rusiya ilə İran arasında imzalanacaq sazişin tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət sahəsində daha sıx əməkdaşlıq etmək istəyini təsdiq edəcək.
.