jpg-1741256283.jpg)
Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə qarşıdurma və nüvə silahından istifadə ilə bağlı açıqlamaları Rusiyanın ünvanına təhdiddir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN başçısı onu da qeyd edib ki, Makron Putinə zəng edə bilər, heç kim ona mane olmur.
“Makronun Putinə zəng etmək imkanı var, Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamlar cəfəngiyyatdır”, - Lavrov qeyd edib.
Qeyd edək ki, Makron Rusiya təhlükəsi ilə əlaqədar Avropa ölkələrini Fransanın nüvə çətirinin altına qəbul edilməsi imkanları ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını bildirib.
.