Zelenski Putinlə görüş xatirinə görüş istəyir. O, gündə bir fikrə düşür.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Zelenski bəyan edib ki, danışıqları Rusiya öz hərbi kontingentini 24 fevrala qədərki xəttə geri çəkərsə, bərpa edəcək. Bu, tamamilə qeyri-ciddi yanaşmadır. Bu, həm də İstanbulda martın 29-da Ukrayna nümayəndə heyətinin irəli sürdüyü təşəbbüslərlə ziddiyyət təşkil edir. Bu cür bəyanatları biz hər gün dəfələrlə müşahidə edirik. Hesab edirik ki, danışıqlar komandasının işini bərpa etmək üçün top iki aya yaxındır ki, Ukrayna tərəfindədir. Aprel ayında biz öz təkliflərimizi Ukrayna tərəfinə təqdim etmişik. Lakin bu günə kimi onlardan cavab ala bilməmişik”, - Rusiya XİN başçısı qeyd edib.

.