Ukrayna taxılının ixracına Rusiya tərəfindən heç bir maneə yoxdur.

 TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Konqo Respublikasına səfəri zamanı deyib.

O, Ukraynanın Odessadakı limanının raket atəşinə tutulmasını şərh edərək əlavə edib ki, Rusiya Federasiyasının İstanbulda imzaladığı “Taxıl daşınması sazişi” üzrə öhdəlikləri ona Ukraynada “xüsusi əməliyyatı” davam etdirməyə, hərbi infrastrukturu məhv etməyə qadağa qoymur və bunu BMT də təsdiqləyib.

Lavrov əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Odessa dəniz limanının hərbi infrastrukturuna endirdiyi zərbədən sonra “Harpun” gəmi əleyhinə qanadlı raketlər Rusiya üçün təhlükə yaratmır.

.